Binə” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumatını açıqlayıb.
Lent.az -ın nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:97

“Binə” ticarət mərkəzində yanğın olub.
Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb

Paylaş

Bizi Facebookda izləyin
menu
menu