Azərbaycanlı aktrisa xəstəxanaya düşdü


Geyimləri və paylaşımları ilə son vaxtlar haqqında çox danışılan aktrisa Çimnaz Sultanova təcili əməliyyat edilib.
"Sherg.az" Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda özü İnstaqram hesabında məlumat verib.
O, halının qəfildən pisləşdiyini və Mərkəzi Klinikada əməliyyat olunduğunu deyib. Aktrisanın sözlərinə görə, əməliyyat uğurlu keçib və o hazırda özünü yaxşı hiss edir.
Ç.Sultanova pərəstişkarlarının Qurban Bayramını təbrik etməyi də unutmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu