Komaya düşən azərbaycanlı xanım jurnalist vəfat etdi 


13 Avqust 2019 12:001 Şərh     Bax

Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

"Sherg.az" baku.ws-ə istinadən bildirir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb.

"Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb.

Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.

Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.


 
Özündən sonra azyaşlı oğlu qaldı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu