Paşinyan ABŞ-a səfər edəcək



Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Los-Anceles şəhərinə səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu məlumatı Paşinyan “Feysbuk”da təşkil etdiyi canlı yayım zamanı paylaşıb.

O, Los-Ancelesdə ermənilərlə görüşlər keçirməyi planlaşdırdığını bildirib. Paşinyan görüşün sentyabrın 22-si, saat 16:00-da baş tutacağını söyləyib.

Baş nazir ABŞ-da Xankəndidə müzakirə etdiyi məsələləri, o cümlədən "miatsum" və s.-ni gündəmə gətirəcəyini deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu