Ukraynada bu il 57 mindən çox insan qızılca xəstəliyinə tutulub



Bu ilin əvvəlindən Ukraynada 57 min 107 nəfər qızılca xəstəliyinə tutulub.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qızılca xəstəliyinə tutulanların 30 min 197-si uşaq olub. Hesabat dövründə 18 nəfər qızılcadan həyatını itirib.
Avqust ayında qızılca xəstəliyinə yoluxma daha çox paytaxt Kiyev şəhərində və Kiyev vilayətində qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu