NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb 



NATO-nun "F-18" qırıcısı Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində Rusiya müdafiə naziri Sergey Şoyqu və nümayəndə heyəti olan təyyarəyə yaxınlaşmağa çalışıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, NATO qırıcısı rusiyalı müdafiə nazirinin təyyarəsini müşaiyət edən Rusiyaya məxsus "Su-26" təyyarələri tərəfində uzaqlaşdırılıb.
Rusiya müdafiə nazirini aparan təyyarənin Kalininqraddan Moskvaya uçduğu bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu