Ermənistan ordusu: özbaşınalıq, qanunsuzluq, cinayətkarlıq, “dedovşina”... - Fotolar

Elman Mənmmədov: “Bu, Ermənistan siyasi rəhbərliyinin ordularına olan laqeyd və cinayətkar münasibətinin göstəricisidir”


Xəbər verdiyimiz kimi, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.
Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Məlum hadisədən yola çıxaraq düşmən orusundakı vəziyyəti şərh edən millət vəkili Elman Mənmmədov “Sherg.az”a söyləyib ki, bu, Ermənistan siyasi rəhbərliyinin ordularına olan laqeyd və cinayətkar münasibətinin göstəricisidir:

“İkincisi hərbi sistemdə olan özbaşınalıq, qanunsuzluq, cinayətkarlıq düşmən ordusunda quldur dəstələrinin mövcudluğundan xəbər verir. Bu gün Ermənistanının siyasi həyatında yaşanan gərginlik orduya da sirayət edir. Həmin dartışma və gərginlik əsgərlər arasında da davam edir. Ermənistan ordusunun döyüş qabiliyyəti demək olar ki, bərbad haldadır. Əsgərlərin təminatı olduqca aşağı səviyyədədir. “Dedovşina”, əsgərlərin alçaldılması və digər başıpozuq davranışlar dərin qatlara işləyib.
Azərbaycan ordusu ilə müqayisə edilə bilməyəcək qədər zəif və gücsüzdürlər. Ermənistan ziyalıları, cəmiyyəti bundan nəticə çıxarmalıdırlar. Bu ordu ilə Azərbaycanın gücü qarşısında tab gətirə bilməzlər.
Qüdrətli Azərbaycan ordusu 1-2 həmlə ilə bu cinayətkar, təminatsız qrupu darmadağın edəcək. Ermənistan əsgərlərinin məhv edilməsini istəmirsə, qətnamə və danışıqlardan nəticə çıxarıb, torpaqlarımızdan çıxmalıdırlar. Əks halda yaxın zamanlarda onlar Azərbaycan ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində məhv olacaqlar. Onda Paşinyana Qarabağın kimin olduğunu sübut edəcəyik. Erməni ziyalılar, siyasətçilər düzgün nəticə çıxarmalıdırlar. Özlərinə düşüncəli lider seçib, qonşularla normal yaşamaq haqqında düşünməlidirlər. Əks halda bir dövlət və millət kimi məhv olacaqlar “.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu