«Facebook» etiraf etdi: İstifadəçilərin şəxsi söhbətləri dinlənilir və lentə yazılır

«Facebook» istifadəçilərinin şəxsi söhbətlərini dinləyib və onu lentə yazıb.

«Sherg.az» «francetvinfo.fr»ə istinadən xəbər verir ki, bu, « Bloomberg » maliyyə agentliyinin apardığı sorğu nəticəsində ortaya çıxıb. 
« Facebook sizi dinləyirmi ? » sualı ilə keçirilən sorğuda iştirak edən «Facebook» istifadəçiləri söhbətlərinin səs yazılarını transkripsiya etmək üçün yüzlərlə subpodratçıya pul ödədiyini açıqlayıb. Lakin əvvəllər «Facebook» bu iddiaları rədd edirdi. Məqsəd isə  reklam hədəflənməsini yaxşılaşdırmaq idi. Lakin indi Mark Zukerberqin şirkəti sonda həqiqətləri etiraf etdi. 
Maliyyə agentliyinə göndərilən açıqlamada, « Facebook » həqiqətən, danışıqların səs yazılarını köçürdüyünü, lakin əvvəllər Messenger tətbiqetmələrinin istifadəçilərindən icazə aldıqlarını açıqladı. « Bloomberg»ə görə, istifadəçilər bu məsələnin etik təsirindən narahatdırlar. 
Qeyd edək ki, istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə etdiklərinə görə, ABŞ federal orqanlarına sadəcə 5 milyard dollar cərimə ödəyən “Facebook”, reklamlarını daha yaxşı hədəfləmək və ya səhifələrini daha cəlbedici etmək üçün səs yazılarından istifadə etməkdən uzun müddət imtina etdi. 
Lakin Mark Zukerberq mövzu ilə bağlı 2018-ci ilin aprelində keçirilən bir qurltayın iclasında bu fikri rədd etmişdi: “Bizim səs yazılarını dinlədiyimizi və onları lentə aldığımızı iddia edirsiniz. Bu bizə qarşı sui-qəsddir və biz belə hallara qəti yol vermirik”. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu