Qurban bayramında bir qrup şəhid və veteran ailəsi ziyarət olunub – Fotolar+ Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Qurban bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid və Qarabağ müharibəsi veteranı ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.



“Sherg.az” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Səbail rayonunda şəhid Vüqar Muradovun, Yasamal rayonunda isə şəhid Cavid Quliyevin ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.
Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.


Qeyd edək ki, SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən şəhid ailələrinin ziyarət olunması və onlara bayram sovqatlarının paylanılması həyata keçirilib.
Həmin prosesin davamı olaraq SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirakı ilə Xəzər rayonunda Qarabağ müharibəsi veteranı Nadir Mahmudovun, Nizami rayonunda şəhid Zakir Cəfərovun ailəsinə baş çəkilib və onları Qurban bayramı münasibətilə təbrik ediblər.


Bundan başqa  Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədri Yusif Məmmədovun iştirakı ilə Göygöl rayonunda şəhid Arzu Ağayevin, Kəpəz rayonunda şəhid Seyfəddin Kərimovunailəsini ziyarət ediblər. 


Həmçinin  Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə və “Respublika Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynovun iştirakı ilə Nəsimi rayonunda şəhid Arif Məmmədovun, Sabunçu rayonunda isə şəhid Rasim Eldarovun ailəsinə baş çəkib, Qurban bayramı münasibətilə təbrik ediblər.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu