Müəllimliyə namizədlərin 9606-sı elektron ərizəsini təsdiqləmədi


Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən bildirilib ki, bu mərhələdə 23609 namizəd iştirak edib, onlardan 14003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu