Rusiya təhlükəsizlik xidmətinin rəhbəri Ermənistana səfər edib – Nələr müzakirə olunub ?

Dünən Rusiya təhlükəsizlik xidmətinin rəhbəri Nikolay Patruşev Ermənistana səfər edib.

« Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində bu ölkələr arasındakı müdafiə və təhlükəsizlik sahəsindəki əlaqələr müzakirə olunub.

Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşdən sonra ölkənin baş naziri Nikol Paşinyanla da görüşüb. 

Ermənistan hökumətinin verdiyi məlumata görə, Paşinyanla Patruşev  yalnız Ermənistan-Rusiya əlaqələrindən deyil, Dağlıq Qarabağ məsələsi ətrafında da müzakirə aparıblar. 

Paşinyan qeyd edib ki, bu, Patruşevin məxməri inqilabdan sonra Ermənistana ilk səfəridir. 

Patruşevlə Qriqoryan ikitərəfli hərbi əlaqlərdən dən söz açıblar. Onlar erməni-rus hərbi müdafiə müəssisəsinin yaradılmasına dair razılığa gəliblər.
 
Bundan sonra Ermənistan tərəfi  Rusiyanın Azərbaycan və Türkiyəyə silah satmasından narahat olduqlarını dilə gətiriblər. Bakı və Moskvanın müdafiə sahəsindəki əməkdaşlıqlarından əndişələndiklərini gizlətməyiblər.
 




Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu