22 elektron siqaret istifadəçisi xəstəxanaya yerləşdirilib



ABŞ-da azı 22 nəfər elektron siqaret çəkdikdən sonra xəstəxanaya yerləşdirilib.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, onların xəstəxanaya yerləşdirilməsinə səbəb tənəffüslərində ciddi problemlər olub.

Bildirlir ki, 12 nəfər Viskonsində, 4 nəfər Minnesotada, 6 nəfər isə İllinoysda xəstəxanaya yerləşdirilb. Onlardan əksəriyyəti cavan insanlar və yeniyetmələrdir.

Viskonsin ştatının səhiyyə idarəsinin nümayəndəsi Andrea Palm bildirib ki, xəstəxanaya yerləşdirilənlərin istifadə etdiyi elektron siqaretin dəqiq modeli hələki məlum deyil.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu