Arvadını öldürüb təslim oldu


Samsunda kişi 2 uşaq anası olan arvadını pnevmatik tüfənglə öldürüb jandarmaya təslim olub.



Hadisə, Samsunun Vezirköprü qəsəbəsinin Kovalı məhəlləsində baş verib. Əldə edilən məlumata görə, Murad Şahin (32), 2 uşaq anası olan həyat yoldaşı Əminə Şahinə (26) evlərində pnevmatik tüfənglə atəş açıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, ağır yaralanan gənc qadın əvvəl yerli xəstəxanaya çatdırılıb və ilk müdaxilənin ardından Samsun Təhsil və Araşdırma xəstəxanasına sövq edilib.
Lakin burada bütün müdaxilələrə baxmayaraq həyatını itirib.  Arvadını öldürən Murad Şahin isə jandarmaya təslim olub.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu