“Sosial islahatlar davam edəcək, əhalinin rifahi daha da yaxşılaşacaq” - Deputat

“Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Araz Əlizadə deyib. 

Deputat qeyd edib ki, ölkəmizdə maaşların, müavinətlərin, təqaüdlərin artırılması birbaşa olaraq xalqımızın sosial rifahının yaxşılaşmasını təmin edən amillərdən biridir:



“Ölkə başçısının əmək haqlarının artımı ilə bağlı sərəncamı onun apardığı uğurlu sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir. Prezidentimiz əhalinin sosial rifah halının yaxşılaşmasına yönələn qərarları ilə hər zaman olduğu kimi, yenə də xalqın güzəranını, dolanışığını fikirləşdiyini bir daha təsdiq etmiş oldu. 

İndiyədək ölkə başçısının bu qəbildən olan fərman və sərəncamlarının hər biri əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edib. Cənab Prezidentə öz adımdan təşəkkürlərimi bildirirəm.

Çünki dövlətimiz çətin şəraitə baxmayraq əlindən gələni edir ki, xalqımız yaxşı yaşasın. Buna görə də hər birimiz ölkə başçısına minnətdar olmalıyıq. Əlbəttə, bundan sonra da sosial islahatlar davam edəcək və əhalinin rifahi daha da yaxşılaşacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu