“Gün ərzində neftin qiymətində 2.7 faiz azalma...” – Niyə ucuzlaşır ? 

 “Neftin qiymətinin azalması kəskinləşdikcə onun mənfi təsirlərinin həcmi dərinləşəcək”.
Bu barədə “Sherg.az”a neftin qiymətinin azalması haqqında danışarkən iqtisadçı- ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, dünya bazarında brent markalı neftin qiymətinin azalması davam edir:
“Hazırda brent markalı neftin bir barelinin qiyməti 58 dollardan azdır. Gün ərzində neftin qiymətində 2.7 faiz azalma müşahidə olunub.  
Bu, ciddi göstəricidir.
Neftin qiymətinin ucuzlaşması qlobal iqtisadi artım tempinin azalması ilə bağlıdır. Hazırda qlobal iqtisadi artım tempində azalma var.
Bu da birbaşa ABŞ və Çin arasındakı mübarizələrlə bağlıdır. 


Azərbaycan üçün “qara qızıl”ın qiyməti əhəmiyyətlidir. Çünki ixracımızın 90 faizi neft və qazdan ibarətdir. Ona görə də neftin qiymətinin enməsi Azərbaycanın enerji məhsullarının ixracından əldə etdiyi gəlirlərinin azalmasına gətirib çıxarır. 
Dövlət büdcəsində neftin orta qiyməti 60 dollar həddində nəzərdə tutulub. “Qara qızıl”ın qiymətinin 60 dollardan az olması dövlət büdcəsinin gəlirlərinə təsir göstərə bilər. 
Hələ ki bu faktorun iqtisadiyyata təsiri yoxdur. Amma gələcəkdə kəskin azalmalar olarsa,  onun mənfi təsirləri qaçılmaz olacaq. Yəni, qiymətin ucuzlaşması bütün neft ölkələri kimi Azərbaycanın dövlət gəlirlərində azalmaya səbəb olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu