Sabiq nazirdən ÇAĞIRIŞ:“Təhsilin səviyyəsinin aşağı düşməsi...”


“Təhsil millətin gələcəyidir”. 
Bu sözləri “Sherg.az”a bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin aşağı nəticə göstərməsindən danışarkən sabiq təhsil naziri Firuddun Cəlilov bildirib.
Onun sözlərinə görə, bu il bir çox ixtisasların keçid ballarının aşağı salınması təhsil sistemimizin geriləməsini göstərən faktordur:
“Faktdan qaçmaq olmaz. Ona görə də bu durumu nəzərə alıb, təhsil sisteminə rəhbərlik edənlər, mütəxəssislər həyəcan təbili çalmalıdırlar. Tanınmış pedaqoqları, dərslik yazan alimləri bir yerə toplayıb elmi-praktik seminar keçirilməlidir.
Yəni, birlikdə bu vəziyyətdən çıxmağın yolu axtarılmalıdır. Artıq dövr dəyişib. Dörd yaşlı nəvəm mobil telefonu məndən yaxşı işlədir.
İndi anadan olan uşaqların səviyyəsi ilə 20-30 il bundan əvvən dünyaya gələn uşaqların qabiliyyəti arasında böyük fərq yaranıb. Buna görə zamana uyğunlaşmaq lazımdır. İnkişaf etmiş ölkələrin təhsil sistemini uğurla ölkəmizdə tətbiq etmək gərəkir. Təhsil millətin gələcəyidir.
Bu gün təhsil alan uşaqlar gələcəkdə ölkəmizin uğuruna uğur qatanlardır. Ona görə də təhsilin səviyyəsinin aşağı düşməsi yaxşı hal deyil. Bunun qarşısı təcili alınmalıdır. Çünki təhsil dövlətin strategiyası sayılır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu