Repetitorluğun sonu başlayıb! 

Məlahət Mürşüdlü: “Abituriyentlərin az bal toplamasının səbəblərindən biri odur ki, artıq şagirdlərimizin repetitor yanına getmək imkanı yoxdur”

“Şagirdlər ya evdə özləri hazırlaşırlar, ya da məktəbdə müəllimlərin köməkliyindən istifadə edirlər. Müşahidələrimdən bu qənaətə gəlirəm ki, artıq repetitorluq məktəbi zamanını başa vurmaq mərhələsinə qədəm qoyub”


Bu il yüksək bal toplayanların sayı azalıb. Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.
Jurnalda qeyd edilib ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib.


Maraqlıdır, yüksək bal toplayan abituriyentlərin azalmasına səbəb nədir?
Sualımızı cavablandıran Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Sherg.az”a bildirib ki, şagirdlərin az bal toplamasının müxtəlif səbəbləri var.
Ekspertin qənaətincə, əsas səbəblərdən biri odur ki, artıq şagirdlərimizin repetitor yanına getmək imkanı yoxdur:
“Şagirdlər ya evdə özləri hazırlaşırlar, ya da məktəbdə müəllimlərin köməkliyindən istifadə edirlər. Müşahidələrimdən bu qənaətə gəlirəm ki, artıq repetitorluq məktəbi zamanını başa vurmaq mərhələsinə qədəm qoyub.
Çoxlu sayda abituriyentin özü müstəqil olaraq qəbul imtahanlarına hazırlaşıb. Ona görə də builki göstəricilər əvvəlki illərə nisbətən aşağıdır. Bir ekspert olaraq bunu alqışlayıram. Yəni, şagird məktəb biliyi, müstəqil hazırlığı ilə imtahandan iştirak edib və ailəsinə heç bir iqtisadi çətinlik verməyib.
Düşünürəm ki, sırf  builki nəticələr şagirdlərimizin az sayda repetitora müraciət etməsindən asılıdır. Bu da iqtisadi çətinliklərlə bağlıdır. Artıq ailələrin maddi gəliri imkan vermir ki, 3-4 fəndən hazırlıq üçün müəyyən məbləğlər verilsin”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu