Şantajçıların diqqətinə: “5 ildən 10 ilədək azadlıqdan məhrum ediləcəklər”


 Son illər texnologiyanın inkişaf etməsi, şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. Bəzi insanlar istər real münasibət zamanı çəkilmiş, istərsə də sosial şəbəkədə yaranmış ünsiyyət zamanı onlara göndərilən şəkillərdən şantaj məqsədi ilə istifadə edirlər. Təhdidi qazanc mənbəyinə çevirən bu şəxslər şəkilləri yayacaqları ilə hədələyərək, xanımlardan pul tələb edirlər.

Bəs hər hansı bir insanı intim şəkillərini yayacağı ilə şantaj edən şəxsi hansı cəza gözləyir və şantajla üzləşən tərəf hansı tədbirlər görməlidir?



Sualımızı cavablandıran hüquqşünas İradə Cavadova “Sherg.az”a söylədi ki, kiminsə xəbəri olmadan onun foto və videolarının yayılması halları çoxdur:

“Bir də var ki, xanımlar öz istəkləri ilə şəkillərini çəkib qarşı tərəfə göndərir. Beləliklə həmin şəxs bu görüntülərdən istədiyi kimi istifadə edir. Düzdür, həmin xanım mübahisə yarada bilər. Amma xanımlara və digər cinsin nümayəndələrinə tövsiyə olunur ki, belə xoşagəlməz məqamlara yol açmasınlar. Təəssüf ki, indiki gənclər “vatsap” vasitəsilə açıq-saçıq görüntülərini sevdiyi şəxsləər göndərirlər. Əvvəlcə münasibət yaxşı olur və bu onları narahat etmir. Amma hansısa problem olandan sonra həmin şəxslər bu görüntülərlə qarşı tərəfi şantaj edir və yaxud görüntüləri icazəsiz yayır”.

Hüquqşünas qeyd edib ki, kimsə şantaj yolu ilə qarşı tərəfdən pul tələb edirsə, bu, cinayət məsuliyyəti yaradır:

“Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədəqorxu və tələbetmə maddəsi var. Zərərçəkən şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatları yayma və pul tələb etmə hadisəsi ilə bağlı 3 ildən 5 ilə azadlıqdan məhrumetmə var. Amma eyni əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə artıq 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu çox ciddi bir maddədir. Təəssüf ki, gənclər və digər şəxslər bu maddə haqqında xəbərdar olmadıqları üçün baş verənləri zarafat kimi qəbul edirlər.

Hətta qarşı tərəfi cinsi əlaqəyə girməklə hədələyirlər. Təbii ki, bu, yolverilməzdir. Tövsiyə edirik ki,  bəylər və xanımlar açıq-saçıq şəkillərini kiməsə göndərməsinlər. Çünki onlar da bu olanlarda məsuliyyət daşıyırlar”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu