Usta Muxtar Qarabağ qazisini sevindirdi: “...Günə 15-20 manat qazanır, amma !”

Kamil Musavi: “...əlinin zəhməti ilə dolanan adam heç vaxt reklam güdmür. Reklamı güdənlər ancaq müftə yeyənlər ola bilər”

“Hər bir insanın çalışdığı sahədə vətəninə, xalqına və millətinə xidmət etməsi həmin şəxsin vətənpərvərliyini göstərir. Ağstafadakı Muxtar usta elektrikdir və xalqımıza bu cür xidmət edir. İnsanları aldatmır, milləti üçün can qoyanlara diqqət və qayğı göstərir. Bu, həmin insanın vətənpərvərliyindən irəli gəlir”


Ağstafada elektrik kimi çalışan Muxtar usta Qarabağ qazilərinin avtomobillərini pulsuz təmir edir. Bu barədə sosial şəbəkələrdə fotu yayılıb. Zaman-zaman şəhid ailələrinə və Qarabağ qazilərinə təmannasız xidmətlərin şahidi olmuşuq. Müxtəlif sahədə çalışanlar vətən üçün canını fəda edən şəxslərə və onların ailə üzvlərinə pulsuz xidmət göstərirlər. Təbii ki, bütün bunlar vətənpərvərliyin bir nümunəsidir. Amma təəssüf ki, bəziləri bu addımın reklam xarakterli olduğunu səsləndirərək bir növ könül bulandırırlar.



Bu addımı müsbət dəyələndirən Qarabağ qazisi Kamil Musavinin “Sherg.az”a bildirdiyinə görə, Muxtar usta kimi insanlar dərk edir ki, vətən şəhidlərimiz və qazilərimizin səyi nəticəsində mövcuddur:
“Bütün sahələrdə çalışan vətəndaşlarımız bunu dərk etməlidir. İstər şəhid övladları, istərsə də Qarabağ əlilləri üçün belə addımların atılması olduqca sevindiricidir. Demirəm ki, kimsə tam təmənnasız şəkildə nəsə etsin. Onların da dolanışıqlarını nəzərə almaq lazımdır. Amma qazancı, gəliri yaxşı olan insanlarımız tam şəkildə də köməklik edə bilərlər.
Hər bir insanın çalışdığı sahədə vətəninə, xalqına və millətinə xidmət etməsi həmin şəxsin vətənpərvərliyini göstərir. Ağstafadakı Muxtar usta elektrikdir və xalqımıza bu cür xidmət edir. İnsanları aldatmır, milləti üçün can qoyanlara diqqət və qayğı göstərir. Bu, həmin insanın vətənpərvərliyindən irəli gəlir”.
K.Musavinin sözlərinə görə, cəmiyyətimizdə bəzi insanlar var ki, belə addımların sırf görüntü üçün olduğunu düşünürlər:
“Əlbəttə, belə düşünən insanlar da var. Lakin belələrinə fikir vermədən əlimizdən gələn köməklikləri etməliyik. Əgər şəhid ailələrinə və qazilərə yardım göstərənlər bunu reklam üçün edirlərsə, qoy belə düşünənlər də gedib reklam xatirinə bu cür iş görsünlər. Görək onda edə biləcəklərmi? Təbii ki, yox. Sən bunu edə bilmədiyin halda niyə kiminsə haqqına girirsən? Reklam üçün belə addım atan insanların niyyəti tamam başqa olur və onların da kim olduğu məlumdur.
Elektrik ustasının hər hansı bir holdinqi, şirkəti var ki, belə işi reklam üçün etsin? Bəlkə də, həmin şəxs günə 15-20 manat qazanır. Amma əlinin zəhməti ilə dolanan adam heç vaxt reklam güdmür. Reklamı güdənlər ancaq müftə yeyənlər ola bilər”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu