Azərbaycanlı məmurlar niyə intihar edir ? – PSİXOLOQDAN İZAH

Azad İsazadə: “Qeyri-normativ iş günü, istirahətlərin olmaması və yaxud vəzifədən çıxarılmaq onlara mənfi təsir göstərə bilər”


Zaqatala və Quba rayonlarında intihar hadisəsi qeydə alınıb. İntihar edən hər iki şəxsin məmur olduğu bildirilir.

Quba rayon sakini 60 yaşlı Canpolad Abbasov özünü asaraq canına qəsd edib. Onun intihar səbəbi hələ ki məlum deyil. C.Abbasov bir müddət Əmlak Məsələləri Dövlət Komitəsinin Quba rayon şöbə rəisi olaraq çalışıb.

1980-ci il təvəllüdlü Musa Feyzullayev də özünü asaraq intihar edib. Onun intihar etmə səbəbi kimi ailə-məişət zəminində və şəxsi problemlər olduğu bildirilir. Qeyd edək ki, M.Feyzullayev Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri kimi çalışıb.



Baş verənlərlə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadənin sözlərinə görə, məmur da bir insandır və cəmiyyətimizə xas olan xəstəliklər onlara da şamil olunur:

“Təbii ki, intihar etmək depressiv halın ən yüksək forması kimi qiymətləndirilir. Hər insan depressiyaya düşə bilər. Cəmiyyətimizdə məmurlara qarşı nə qədər fərqli düşüncə olsa da, başa düşürük ki, onların da öz gərginlikləri olur. Məsələn, qeyri-normativ iş günü, istirahətlərin olmaması və yaxud vəzifədən çıxarılmaq onlara mənfi təsir göstərə bilər. Bizə elə gəlir ki, kimsə məmurdursa, deməli bizdən daha yaxşı yaşayır. Bu da istər-istəməz onlara təsir göstərir. 

Baş verən hər iki intihar hadisəsini siyasiləşdirmək istəmirəm, çünki bu düzgün deyil. Təbii ki, ölən şəxsə Allah rəhmət etsin deməliyik. Amma dinimizə görə canına qəsd edən adam Allah qarşısında günah edir və ona rəhmət də düşmür.

Yalnız İslamda deyil, digər dinlərdə də özünə sui-qəsd günah kimi qəbul edilir. Vaxtilə xaçpərəstlər canına qıyan insanı qəbirstanlığın kənarından basdırırdılar ki, onlara qəbirstanlıqda dəfn edilmək olmaz. Ona görə də intihar haqqında fikirləşən hər kəs böyük günah etdiyini başa düşməlidir”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu