“Paşinyan hökuməti ciddi sıxıntı içərisindədir” – Gərginlik şiddətlənir

“Ermənistan öz işğalçı siyasətini dəyişməyənə qədər bu ölkədə bütün sahələrdəki vəziyyət gərgin olaraq qalacaq”.

Bu barədə “Sherg.az”a Ermənistandakı etiraz aksiyaları ilə bağlı danışarkən politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanda mövcud vəziyyət bir dövlət, xalq, millət üçün ürəkaçan deyil:



“Çünki Ermənistan Cənubi Qafqazda geosiyasi maraqları olan dünya güclərinin maraq çəkişməsində yerləşir. Bir tərəfdən Qərbin ciddi maliyyə yardımı ilə Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən düşürüldü və Nikol Paşinyanın hakimiyyəti quruldu.

Yeni hakimiyyətin qurulmasına rəğmən qəsbkar dövlətdə yeni hakimiyyətdən gözləntilər yerinə yetirilmir.  Hələ də Ermənistanda ciddi işsizlik mövcuddur. İnsanların iqtisadi rifahı yaxşı deyil.

Eyni zamanda siyasi və  hüquqi problemlər də dərinləşir. Bu vəziyyət Paşinyan hökuməti üçün ciddi sıxıntılar yaradır. İşğalçı ölkədə hələ də “Qarabağ klanı”nın başçıları- Serj Sarkisyan və Robert Köçəryan siyasəti mövcuddur. Yenə də ölkədə korrupsiya, özbaşnalıq, qanunsuzluq baş alıb gedir.

Ermənistan hazırkı siyasətini dəyişməyənə qədər bu problemlər orada davam edəcək. Artıq Ermənistan 2020-ci ilin fevralında konstitutsiyasına ciddi dəyişikliklər edəcək. Bu dəyişikliklərdə köhnə siyasi sistemin dəyişdirilməsi və yeni hüquqi sistemin otuzdurulması məsələsi gündəmdə olacaq”.  



Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu