Buludların arasında: Yelləncək kefi ziyarətçiləri ovsunlayır


 
 Türkiyənin Rize şəhərinin Çamlıhemşin qəsəbəsində dənizdən 2 min 700 metr yüksəklikdə yerləşən Huser yaylasında yay aylarında yaranan sis buludu, ziyarətçiləri ovsunlayır.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, ilin böyük bir hissəsini buludların əhatəsində olan yaylaya çıxanlar, ünü ictimai mediadan gələn yelləncəkdə yellənmənin kefini çıxarır. Qurban Bayramı tətilində yaylaya axın edənlər, yelləncəkdə yellənmək üçün uzun növbə yaradırlar. Növbədə gözləyənlər, sırası gəlincə sis buludunun üzərində 5 dəqiqə yellənərək, əyləncəli anlar yaşayır. Yelləncək sevənlər o anları fotolar çəkərək ictimai mediada paylaşır. 


Turan


Paylaş

Bizi Facebookda izləyin
menu
menu