Odessada hotel yandı: Ölənlərin sayı 9-a çatıb (YENİLƏNİB)


Ukraynanın Odessa şəhərində hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi “Tokyo Star” hotelinin rəhbərinin qanunvericiliyə uyğun cəzalanmasına şəxsən nəzarət edəcəyini bildirib. Ukraynanın baş naziri Vladimir Qroysman isə bütün istirahət mərkəzlərində, sanatoriya və mehmanxanalarda geniş araşdırılma aparılmasını tapşırıb.  

08:48
Ukraynanın Odessa şəhərindəki “Tokio-Star” hotelində yanğın baş verib.
TASS xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 10-u yaralanıb.
Yanğın hotelin ikinci mərtəbəsindən başlayıb və 1000 kvadratmetr sahəni əhatə edib.
Yanğının söndürülməsinə 65 yanğınsöndürən-xilasedici və 13 texnika cəlb olunub.
Hadisənin səbəbi hələ məlum deyil.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu