ABŞ "Huawei"ə güzəştə gedə bilər


ABŞ Ticarət Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinin lisenziyasını genişləndirə bilər ki, bu da ona Amerika müəssisələrindən avadanlıq almağa imkan verəcək.
“Reuters”in öz mənbələrinə istinadən verdiyi məlumata görə, “müvəqqəti baş lisenziya” 90 gün müddətinə uzadılacaq.

Xatırladaq ki, ABŞ administrasiyası “Huawei” ÇXR-nın hərbçiləri və kəşfiyyatı ilə əməkdaşlıqda, eləcə də müştərilərin mümkün izlənməsində ittiham edir. Bu səbəbdən də, ABŞ Ticarət Nazirliyi may ayında şirkəti Amerika istehsalçılarının komponentlərini və texnologiyalarını almağın yolunu kəsən “qara siyahı”ya salıb.
“Huawei”, həmçinin müvafiq lisenziyalar olmadan Amerika biznesi ilə iş aparmağa qadağa qoyulan şirkətlər siyahısında yerləşir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu