Müğənni Elnarəyə vəzifə verildi: Leytenant oldu - FOTO


Müğənni Elnarə Xəlilova yeni görüntüsü ilə hər kəsi təəccübləndirib. Xanım ifaçı Azərbaycan Respublikası Sərhəd Qoşunlarının uniformasında çəkdirdiyi şəkillərini İnstaqram hesabından paylaşıb
Bunu görən təqibçilərindən birinin "DSX-da işləyirsiniz?" sualına Elnarə "Bəli", digərinin "DSX leytenantısınız? Yoxsa sadəcə forma?" sualına isə müğənni "Leytenantıyam" cavabı ilə həmkarlarını da məəttəl qoyub.
Qeyd edək ki, müğənni Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib. Elnarə medalının fotosunu da hesabından paylaşıb.
Bu da xanım sənətçinin zabit formasında çəkdirdiyi fotoları təqdim edirik:

Paylaş

Bizi Facebookda izləyin
menu
menu