Məsciddə terror törətdiyini etiraf etdi: Əvvəl ittihamla razılaşmayıb, susmuşdu - FOTO

Norveçin Barum şəhərində “Əl-Nur İslam Mərkəzi Məscidi”nə terror hücumu səbəbilə saxlanılan 21 yaşındakı Filip Manshaus, cinayəti törətdiyini etiraf edib

Sherg.az xarici mediaya istinadən bildirir ki, Norveç dövlət televiziyası NRK-ya açıqlama verən Manshausun vəkili Unni Fries, müvəkkilinin danışmağa qərar verdiyini və polisin suallarını çavabladığını bildirib. Fries, Manshausun ittihamları qəbul etdiyini vurğulayıb. 

Paytaxt Osloda cinayət və terror hücumu ittihamları ilə məhkəmə önünə çıxarılan Manshaus, ittihamları rədd edərək susma haqqından istifadə etmişdi.

Norveç qəzeti “VG” isə terrorçunun öldürdüyü ögey bacısının Çin əsilli olduğunu və körpə olarkən övladlığa götürüldüyünü açıqlayıb. 

Digər yandan məscidə ziyarətçi axını davam edir. Terror hücumundan sonar Norveç vətəndaşları ilə yanaşı bir çox siyasətçi və fəal məscidə gələrək hadisə baş verən yerə güllər qoyurlar.

Qeyd edək ki, hadisə Barumda 10 avqustda baş verib. Bir nəfər “Əl-Nur İslam Mərkəzi Məscidi”nə hücum edib. Hadisə zamanı bir nəfər yaralanıb, sonradan xəstəxanada ölüb. Olaydan sonra Manshaus şübhəli olaraq saxlanılıb. 


Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu