Sarqsyanın kürəkəni: "Serj tezliklə həbs ediləcək"


Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyan həbs oluna bilər.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, bunu S.Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

O bildirib ki, Ermənistanın indiki hakimiyyətinin fəaliyyətinin bütün məntiqi ittihamlar və həbslərdən ibarətdir:

“Hazırda dövlət resurslarının xeyli hissəsi ittihamlara və həbslərə ayrılır. Lakin məsələ burasındadır ki, bu, artıq işə yaramır”.

M.Minasyan qeyd edib ki, hakimiyyət çoxdan böyük həbs ssenarisi planlaşdırır:

“Bu, Sarqsyanın həbs olunmasıdır. İctimaiyyətin diqqətini real problemlərdən yayındırmaq üçün yaxın vaxtlarda Sarqsyan həbs ediləcək. Hakimiyyət bununla məhdudlaşmayacaq. Daha bir və ya iki generalın (o cümlədən, Samvel Karapetyanın) həbs edilməsi üçün nəsə fikirləşəcəklər. Bu, hərbi elitanı susdurmaq üçün edilir. Özümün də həbs ediləcəyini istisna etmirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu