ABŞ Tiflisə önəmli mesaj verdi

Anakliya limanı ABŞ investisiyaları ilə reallaşdırılmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Elizabet Rud deyib. Onun sözlərinə görə, ABŞ Anakliya limanı layihəsinin Gürcüstanın iqtisadi inkişafı üçün vacib proyekt hesab edir:

“Anakliya limanı Gürcüstanı gücləndirir. Biz inanırıq ki, bu layihə Amerika investisiyaları ilə gerçəkləşdirilməlidir. Belə ki, o, Gürcüstan və ABŞ arasında iqtisadi sferada güclü strateji tərəfdaşlığın vacib hissəsi ola bilər”.

Qeyd edək ki, bundan öncə ABŞ-ın “Konti qrup” şirkəti Anakliya limanı layihəsini tərk edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu