Pakistanda məscid partladıldı: "Taliban" liderinin qardaşı öldü

Avqustun 16-da Pakistanın Kvetta şəhərində yerləşən məsciddə terror aktı törədilib.

Trend xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq adam yaralanıb. Ölənlərdən birinin “Taliban” lideri Maulavi Haybatulla Axundzadənin qardaşı Hafiz Əhməd olduğu bildirilir.

 Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu