Prezident İlham Əliyev Əfqanıstan Prezidentini təbrik etdi


Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə bu ölkənin Müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib.

Lent.az -ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əfqanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi diləyirəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu