Yeni məktəbli formaları tikiləcək: Məktəblər müxtəlif rəng və modellər seçə bilməyəcək


2020-2021-ci tədris ilindən respublika üzrə bütün dövlət ümumtəhsil müəssisələrində yeni vahid məktəbli formasının tətbiqinə başlanılacaq.
Bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. 
Ə.Adıgözəlov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəblilər mövcud formalardan istifadə edəcəklər:
"Artıq nazirlik tərəfindən Bakı Tikiş Evinə müraciət olunub, yeni vahid məktəbli formaları üçün eskizlər hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi qrupu yaradılıb".
O deyib ki, yeni vahid formaların tətbiqindən sonra artıq məktəblər müxtəlif rənglər, modellər seçə bilməyəcəklər:
"İndi olduğu kimi, yalnız 1-6-cı siniflər və 7-11-ci siniflərin formaları rəng baxımından fərqlənəcək. İşçi qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş müzakirə olunur, yekun qərara gəlindikdən sonra formaların tikilişinə başlanılacaq və 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu