İstanbulda sel: Bir nəfər öldü

Bu gün Türkiyənin bir çox yerlərinə leysan yağıb.

APA-nın yerli bürosunun xəbərinə görə, güclü yağış daha çox İstanbulda müşahidə edilib. İstanbulun Fatih və Eminönü rayonlarında bir kvadrat metrə düşən 113 kiloqramdan çox yağıntı sel fəlakətinə səbəb olub.
Fatih rayonunda Unkapanı körpüsünün altında toplanan sel sularında bir nəfər boğularaq ölüb.
Eminönü rayonunda Qapalı çarşı və Altkeçid ticarət obyektlərini su basıb. Üsküdar rayonunda isə yol çöküb. Bəzi ərazilərdə tramvay səfərləri və dəniz səyahətləri təxirə salınıb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu