Yığmamızın futbolçusu Almaniyada cəza aldı


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.

APA -nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi II Bundesliqanın üçüncü turunun iştirakçısı olub.

Onun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə görüşüb. Meydan sahibləri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər.

90 dəqiqə meydanda olan D.Nazarov sarı vərəqə ilə cəzalanıb. Bu, “Aue”nin mövsümdə ilk məğlubiyyəti olub.
Üç oyundan sonra 6 xala malik komanda 4-cü pillədə qərarlaşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu