Kişi keçmiş arvadının atası evinə od vurdu: 2 yaşlı oğlu yanaraq öldü

Şəmkir rayon Sarıtəpə kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub.
APA -nın yerli bürosunun məlumatına görə, evi 5 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb.M. Məsimova bildirib ki, gecə saat 01.00 radələrində E. Məsomov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.Qeyd edək ki, yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış.Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu