Qazaxıstanda bir gündə iki zəlzələ oldu


Bu gün səhər saatlarında Qazaxıstanda 5,4 və 4,9 maqnitudalı zəlzələlər olub.
APA -nın xəbərinə görə, bu barədə Qazaxıstan Seysmoloji Təcrübə-Metodika Ekspedisiyası məlumat yayıb.
Səhər saat 05.07 radələrində Alma-Atıdan 145 km şimal-şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Jarkənd şəhərində 5 bal, Taldıkorqan və Satı qəsəbələrində 2,3 bal hiss edilib.
Səhər saat 09.12 radələrində isə Alma-Atıdan 78 km şimalda 4,9 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu