2 yaşlı oğlunun ölümünə səbəb olan ata saxlanıldı


Şəmkir rayonu Sarıtəpə kəndində boşandığı həyat yoldaşının yaşadığı evi yandıran rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov saxlanılıb.
APA -nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11..30 radələrində E. Məsimov saxlanılıb.
Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M.Məsimovanın bədəninin 70, S.Məmmədovanın bədəninin 50 faizi yanıb. Vəziyyətləri ağır olan ana və qız xüsusi nəqliyyat vasitələri ilə Şəmkir Rayon mərkəzi Xəstəxanasından Bakıya yola salınıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu