"Linfild" - "Qarabağ" matçının hakimləri məlum oldu


Avropa  Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, matçın baş hakimi İsveçrə Futbol Federasiyasından 31 yaşlı Sandro Şerer  olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Xatırladaq ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu