Gəncədə beşmərtəbəli binada yanğın baş verib


Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın zirzəmisində 50 kvm sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu