“Papanın qoruyucu mələkləri”Dünyanın ən kiçik ordusuna əsgər tapılmır - FOTO

Dünyanın ən kiçik ordusu olan, Papanı qorumağa məsul İsveçrəli Mühafizlər Dəstəsinə əsgər tapmaq getdikcə çətinləşir

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, 110 nəfərlik ordunun başındakı polkovnik deyib ki, bu onlar üçün böyük krizis deməkdir. Ordu rəhbəri Papanı qorumağın cazibəsini artırmaq üçün serial çəkmək istədiklərini vurğulayıb. 
“Papanın qoruyucu mələkləri” də adlandırılan ordu 513 illik keçmişə malikdir. Papalıq İsveçrəli Mühafizlər Ordusunun 23 üzvü dünən  Vatikanda keçirilən andiçmə mərasimindən sonra ordu sıralarına götürülüb. 
İsveçrə vətəndaşı, bu ölkədə hərbi xidmət keçmiş, 19-30 yaş arasında, ən azı 1,74 sm boyunda, etibar sahibi və ibadətlərini yerinə yetirən Katolik olmaq şərtlərinə uyğun olan yeni əsgərlər, yüksək səviyyədə təşkil olunmuş mərasimdə 3 barmağını havaya qaldıraraq tək-tək cəsarət və sədaqət andı içiblər.Ən azı 26 ay bu vəzifədə olacaq mühafizlər, həm Romada yerləşən Katolik Kilsəsinin mərkəzi Vatikan dövləti sərhədlərində, həm də xarici səyahətlərdə Vatikan polisi ilə birgə Roma Papasını qoruyacaq.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu