Bakıda bağırsağı anadangəlmə bağlı olan körpə doğuldu


Bakıda bağırsağı anadangəlmə bağlı olan körpə doğulub. Körpədə doğulduğu andan etibarən qusma, ciddi köp, qarında göyərmə, nəcis ifrazının olmaması əlamətləri qeydə alınıb.

E-tibb-az-ın xəbərinə görə, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinkanın həkimi Fuad Hüseynov məlumat paylaşıb. Onun sözlərinə görə, doğulduğu klinikada uçağın cərrahi əməliyyat olunmasına qərarı verilib, lakin valideynlərinin istəyi ilə körpə təcili Mərkəzi Klinikaya köçürülüb: “Biz də 1 günlük, çəkisi 3 kq olan körpəni təcili cərrahi əməliyyata almaq məcburiyyətində qaldıq. Əməliyyat zamanı məlum oldu ki, körpənin hələ ana bətnindəykən bağırsağında özbaşına deşilmə olub. Körpənin bu halda olmasının səbəbi nazik bağırsağın bağlı olmasıdır , nəcis aşağıya keçə bilmədiyi üçün yuxarıdakı bağırsaqlarda ciddi genişlənmə mövcud idi,aşağı bağırsaqlar ümumiyyətlə, işləməyib. Əməliyyat zamanı bağırsağın bağlı olan hissəsi kəsilib çıxarıldı, bağırsaqlar uc-uca tikildi, qarın boşluğu yuyulub təmizləndi.
Təbii ki, belə körpənin yeni həyatına uyğunlaşması, qidalanması normal uşaqlardan dəfələrlə çətin olur. Neonotoloqlarımızın sayəsində körpə bu çətinliyin öhdəsindən uğurla gəldi. Hazırda tam sağlam evlərindədir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu