Şəkidə faciə - İki maşının arasında qalıb öldü


Qax rayon sakini Şəkidə faciəvi şəkildə ölüb.
APA -nın şimal-qərb bürosunun görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun yenidən qurulan hissəsində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.
Qax rayon sakininin idarə etdiyi "Mersedes" markalı mikroavtobusda nasazlıq yaranıb. Mikroavtobusu "Kamaz" markalı yük avtomobilinə qoşaraq ərazidən aparmaq istəyən zaman mikroavtobusun sərnişini, Qax rayon sakini Zaur Rafayıl oğlu İbrahimov iki avtomobilin arasında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Z. İbrahimovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu