Hindistandan qərar: Kəşmirdə 4 min nəfər saxlanıldı


Hindistan hökuməti Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra bölgədə 4 min nəfər polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə açıqlamasında adının gizli saxlanılmasını istəyən hindistanlı hakim deyib.

O, avqustun 5-dən bu günə kimi saxlanılan şəxslərin İctimai Təhlükəsizlik Qaydasına uyğun olaraq 2 il müddətinə həbs edilə biləcəyini söyləyib.

Qeyd edək ki, Hindistan hökuməti avqustun 5-də Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu