Tarkanın konsertinə üç günə 16 min 500 bilet satıldı

Türkiyəli müğənni Tarkan sentyabrda İstanbulda konsert verəcək.

Axşam.az xəbər verir ki, sənətçi üç gün planlaşdırılan konsertində hər gün 5 min 500 nəfərin qarşısına çıxacaq.

Lakin indidən kassalarda biletlər tükənib. Belə ki, onların hamısı üç gündə satılıb.

Qeyd edək ki, Tarkan konsertdən üç milyon lirə alacaq. Onun konsert üçün maliyə xərcləri isə 600 min lirədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu