Dağıstan Xəzərdə kilkə ovuna başlayacaq

Dağıstan hakimiyyəti Xəzər dənizində sənaye məqsədilə kilkə ovunu bərpa etməyi planlaşdırır.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Dağıstan 1990-cı illərdə Xəzərdə sənaye məqsədi ilə kilkə ovunu dayandırıb.

Dağıstanın rəhbəri Vladimir Vasilyev deyib ki, tezliklə Xəzərdə kilkə ovuna başlayacaqlar: "Rusiya Müdafiə Nazirliyi artıq hərbçilər üçün kilkə almağa hazır olduğunu bildirib".

Dağıstan hökumətinin hesablamalarına görə, hazırda Dağıstan Rusiyada ən böyük kilkə ehtiyatlarına malikdir. Bu ehtiyatlar 450 min ton proqnozlaşdırılıb. Hazırda elmi məqsədlər üçün hər il 95 min ton kilkə ovlanması nəzərdə tutulsa da, Dağıstan keçən il cəmi 1,2 min ton kilkə ovlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu