Çimərliklərdə "QIRMIZI HƏYƏCAN" elan edildi

Qara dənizdə şiddətli qasırğa səbəbi ilə Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Əlverişsiz hava şəraiti səbəbi ilə istirahət edənlərin dənizə girməməsi barədə xəbərdarlıq elan edilib.Fövqəladə Hallar İdarəsi hər kəsi xilasedicilərin təlimatlarına riayət etməyə və təhlükəsizlik standartlarına uyğun davranmağa çağırıb.Qeyd edək ki, qasırğa Qara dəniz sahillərində yerləşən Acara, Quria və Sameqrelo rayonlarında özünü göstərəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu