Metro qatarlarının gecikmə səbəbi bilindi


Səhər saatlarında "İçərişəhər" metro stansiyasında qatarların hərəkətində gecikmə olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:

"Qatarda texniki problem olduğu hesab edilib. Əvvəlcə qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

Təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu qısa müddət ərzində, təqribən 10 dəqiqə gecikmə qeydə alınıb".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu