Tiflis açıqladı: "Bakı bizə bu qədər elektrik verib"

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstana 641,368 milyon kilovat/saat elektrik enerjisi tədarük edib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstanın Elektrik Enerjisi Sistemləri Kommersiya Operatoru şirkəti yayıb.

Məlumata görə, ümumilikdə Gürcüstana 716,02 milyon kilovat/saat elektrik enerjisi idxal edilib. Bunun 89,57%-i Azərbaycanın payına düşüb. Rusiya isə Gürcüstana 74,651 milyon kilovat/saatlıq enerji idxal edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu