Bakıda qoca kişi insanların gözü qarşısında can verdi


Bakının Nizami rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Bildirilib ki, Babək prospektindən Keşləyə gedən istiqamətdə yaşlı kişini avtomobil vurub. Yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu