İşğalçı dövlət dezinformasiya yayır: Ermənistanın 140 hektar torpaq alması iddiası cəfəngiyyatdır

Politoloq: "Onların torpaqları "azad etməsi"nə dair ortada nə fakt, nə də fotolar var"



Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər. Erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.
Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur:“Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq”.
Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ermənilərin bu cür fikirlər səsləndirməsi təbiidir
Politoloqun sözlərinə görə, iki ölkə arasında savaş gedirsə, belə açıqlamalar da informasiya müharibəsi deməkdir:
“Hər zaman qarşı tərəf çalışır ki, Azərbaycanın informasiya məkanına dezinformasiya ötürsün. Ermənilərin Azərbaycanla sərhəddə 140 hektar torpağı "azad etməsi" inandırıcı deyil. Çünki Azərbaycanın Qazax istiqamətində qazandığı uğur faktlar və fotoşəkillərlə təsdiq olunub. Bu xəbər Ermənistanda da yayılıb. Bundan sonra Ermənistan Müdafiə Nazirin çox narahatlıq keçirərək saytlara xəbərdarlıq edib ki, ölkəmizə aid informasiyanı yaymasınlar. Qarşı tərəf düşünür ki, biz də onlara qarşı xəbər yayaraq guya nəyisə əldə etdiyimizi deyək. Amma onların torpaqları "azad etməsi"nə dair ortada nə fakt, nə də fotolar var. Əsas odur ki, dezinformasiyalar Azərbaycanın informasiya məkanına yol tapmasın. Beləliklə ermənilərin yalan olduğunu sübut edərək doğru informasiyalarımızı qarşı tərəfə ötürə bilək ki, onlar bu olanlardan nəticə çıxarsınlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu