Dünyada 132 milyon insanın yardıma ehtiyacı var


Dünyada 42 ölkədən olan təxminən 132 milyon insan beynəlxaql humanitar yardıma və müdafiyəyə möhtacdır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiyası açıqlama yayıb.

Belə ki, dünyada ölkələrin inkişaf etməsinə baxmayaraq hər 70 nəfərdən birinin müharibə, təbi fəlakətlər, qida çatışmazlığı, cinsi istismar, insan qaçaqçılığı, zorla yaşadığı yerindən köçürülmə kimi səbəblərdən yardıma ehtiyacı var.

2019-cu ildə bu insanların sadəcə 94 milyonuna yardım çatdırıldığı ehtimal edilir.

Yəmən dövləti əhalisinin yardıma ehtiyacı olan ölkələr arasında ilk sırada yer alır. Siyahıda Suriya, Konqo, Efiopiya, Nigeriya, Cənubi Sudan növbəti yerləri bölüşür.

BMT-nin hesablamalarına görə, yardıma ehtiyacı olanların ehtiyacını qarşılamaq üçün təxminən 21,9 milyard dollara ehtiyac var.

Qeyd olunan məbləğin 4 miyardı Yəmən, 1,65 milyardı Konqo, 1,50 milyardı Cənubi Sudan, 1,08 milyard dolları Somali, 1 milyard dolları isə Sudan üçün ayrılacaq.

Qurumun hesabatına görə, 2017-ci ildə Türkiyə 8,07 milyard dollar yardım ilə dünyada ən çox humanitar yardım edən ölkə olub. Siyahıda növbəti yerləri ABŞ, Almaniya, İngiltərə, Avropa Birliyi təşkilatları alıb.

Qeyd edək ki, 19 avqust Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu